ESPN MMA dünyasında ən dominant ölkələrin reytinqini tərtib edib.
Offsideplus.az xəbər verir ki, siyahı hazırlanarkən dörd əsas amil nəzərə alınıb: hazırki çempionlar, UFC və PFL-də bütün çəki dərəcələri üzrə reytinqlərə daxil olan döyüşçülər, perspektivli idmançılar; aparıcı MMA promouşenlarında öz ölkələrini təmsil edən döyüşçülərin ümumi sayı.
İlk onluq aşağıdakı kimidir:
-
Rusiya
-
ABŞ
-
Braziliya
-
İngiltərə
-
Avstraliya
-
Gürcüstan
-
Fransa
-
Meksika
-
Yeni Zelandiya
-
Çin
2025-ci ilin yekunlarına əsasən Rusiya ikinci pillədə qərarlaşmışdı. Hazırda isə ESPN-in P4P (çəki dərəcəsindən asılı olmayaraq ən yaxşılar) reytinqinin ilk iki pilləsində Rusiya döyüşçüləri - yüngül çəkidə çempion İslam Maxaçev və yarım-yüngül divizionun çempionu Pyotr Yan qərarlaşıb.


