Növbəti mövsüm Azərbaycan basketbolunu avrokuboklarda 4 klub təmsil edəcək.
Offsideplus.az xəbər verir ki, bu klublar - "Sabah", "Landau Lions" (köhnə "Abşeron Lions"), "Neftçi" və "Gəncə"dir.
"Gəncə" tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq. Onlar FIBA Avropa Kubokunda çıxış edəcək. Bölgə təmsilçisi birbaşa əsas mərhələdən mübarizəyə başlayacaq.
"Neftçi" isə bu turnirin təsnifat mərhələsində mübarizə aparacaq.
"Sabah" ötən il olduğu kimi yenə FIBA Çempionlar Liqasının əsas mərhələsində qüvvəsini sınayacaq.
"Landau Lions" isə eyni turnirin təsnifat mərhələsinə qatılacaq. Onlar burada uğursuz olarsa, FIBA Avropa Kubokunun qrup mərhələsində çıxışını davam etdirəcək.


