​"Fiorentina" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisi "Tottenhem"in 24 yaşlı rumıniyalı müdafiəçisi Radu Drəquşini transfer edib.

​Klublar arasında əldə olunan razılığa əsasən, "Fiorentina" futbolçunu 1.5 milyon avro ödəyərək 2027-ci ilin iyun ayına qədər icarəyə götürüb.

​Müqavilədə xüsusi bir bənd də yer alıb: əgər Rumıniya millisinin üzvü bu mövsüm A Seriyası oyunlarının ən azı %65-də meydanda olarsa, 17.5 milyon avroluq məcburi satınalma şərti işə düşəcək.