UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah" evdə TNS-i 2:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Uels təmsilçisinin baş məşqçisi Kreyq Harrison matçı şərh edib:
"Uzun məsafə qət edib gəldik, bu bizim üçün çətin oldu. 2 günümüzü Uelsdən buraya gəlməyə sərf etdik. Lakin "Sabah" klubunun haqqını vermək lazımdır, yaxşı komanda və baş məşqçiləri var. Çalışdıq ki, oyunda qalaq. Bu oyundan sonra ikinci - ev qarşılaşmamızda oynayıb, istədiyimiz nəticəni əldə etməyə çalışacağıq. Bir şey dəqiqdir ki, oyunu başa düşmüşük. Biz ilk hissədə öz gücümüzü çox sərf etdik, hücumameyilli alındı. İkinci hissədəki passivliyin səbəbi bu idi ki, "Sabah" topla çox oynadı və bizi yordu. İstədiyimiz birinci hissədə qapını qolsuz saxlamaq idi, buna nail olduq. Buraya yaxşı nəticə üçün gəlmişdik. Cavab oyununda yaxşı nəticəyə ümid edirik. Bizim ev oyunlarımızda daha yaxşı komandalara qarşı çox yaxşı nəticələrimiz var".
Qeyd edək ki, cavab oyunu 1 həftə sonra Uelsdə baş tutacaq.


