Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi uğurlu çıxışını davam etdirir.
Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə yığmamızın 3 üzvü fəxri kürsüyə qalxıb. Emin Cavadlı (55 kq) finalda ermənistanlı Edqar Petrosyana "tuş"la qalib gələrək Avropa çempionu olub. Cavidan Nehmətov (77 kq) ermənistanlı Samvel Terteryana (0:4), Orxan Hacıyev (87 kq) isə rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq gümüş medalla kifayətləniblər.
Museyi-Kazım Hüseyn (130 kq) isə bürünc medal görüşündə türkiyəli rəqibinə uduzub.
Eyni gündə digər çəki dərəcələrində də mübarizə baş tutub. Ayxan Cavadov (60 kq) və Elmin Əliyev (82 kq) yarımfinalda məğlub olaraq bürünc medal şanslarını qoruyublar. Təsnifat mərhələsində uduzan Roman Kərimov (67 kq) rəqibinin finala yüksəlməsi sayəsində təsəlliverici görüşə çıxmaq hüququ qazanıb. Kamran Rəcəbli (72 kq) və Mahir Qurbanlı (97 kq) isə turnirlə erkən vidalaşıblar.


