Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda idman infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam edir.

Offsideplus.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən 18 nömrəli tam orta məktəbin sərbəst güləş bölməsi üçün yeni zal iyulun 4-də rəsmi olaraq qapılarını açıb.

Sözügedən bölmə 2025-ci il noyabrın 1-də Mərkəzi Ordu İdman Klubunun (MOİK) təşəbbüsü ilə yaradılıb.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, MOİK-nın rəisi Vüqar Əsgərov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, eləcə də digər idman rəsmiləri iştirak ediblər.

Yeni zalın Mingəçevirdə sərbəst güləşin inkişafına və istedadlı idmançıların yetişdirilməsinə mühüm töhfə verəcəyi bildirilib.