"Seltik" klubu "Qarabağ"ın futbolçusu Kamilo Duranı heyətinə cəlb edib.
Offsideplus.az xəbər verir ki, bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.
Kolumbiyalı hücumçunun keçidi 5.5 milyon funt-sterlinq (12.5 milyon manat) qarşılığında baş tutub.
Bu, Azərbaycan futbol tarixinin ən bahalı satışı olacaq.
24 yaşlı futbolçu bu həftə tibbi müayinədən keçmək və müqavilə bağlamaq üçün Birləşmiş Krallığa yollanacaq.


