İran Futbol Federasiyası ABŞ millisinin DÇ-2026-dakı uğursuzluğuna və turnirlə vidalaşmasına maraqlı reaksiya verib.

Offsideplus.az xəbər verir ki, federasiyanın rəsmi saytında hər iki matçın nəticələrini əks etdirən skrinşot paylaşılıb və bəyanata bu sözlər əlavə olunub:

“Siyasətin futbol qarşısındakı alçaldıcı məğlubiyyətindən sonra bütün dünya sevinir”.

Amerikalılar 1/8 final mərhələsində Belçikaya məğlub olub - 1:4. Turnirin qrup mərhələsindən sonra mübarizəni dayandıran İran yığması isə daha əvvəl belçikalılarla qolsuz heç-heçə (0:0) oynamışdı.