"Qarabağ"ın sabiq futbolçu Yassin Benzia Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Feyha" ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, Ərəbistan klubu müqavilə müddəti başa çatan 31 yaşlı əlcəzairli futbolçu ilə yeni sözləşmə imzalamadıqlarını elan edib.
Qeyd edək ki, Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin yayına qədər "Qarabağ" forması geyinib və Ağdam klubunun uğurlarında pay sahibi olub.


