"Kəpəz"dən ayrılan Yusif İmanov yenidən ölkə xaricinə yollanır. 

Offsideplus.az xəbər verir ki, o, karyerasını Albaniyada davam etdirəcək. Gənc qapıçı bu ölkənin "Vora" klubu ilə anlaşıb. 

"Vora" 10 komandalı Albaniya çempionatını 7-ci pillədə başa vuraraq elitadakı yerini qoruyub. 

Ötən mövsümün qışından "Kəpəz"də forma geyinən Yusif İmanov "Malışeva" (Kosova) və "Sabah" klublarının da şərəfini qoruyub.