Ötən gecə Dünya Çempionatının 1/8 final mərhələsində maraqlı qarşılaşmalar oldu.
Şahin Diniyev mundialın bunaqədərki səviyyəsi və Braziliya - Norveç görüşü haqda fikirlərini Offsideplus.az-la bölüşüb:
“Bu Dünya Kuboku bütün çempionatlardan yaxşı mənada fərqlənir. Təşkilatlıq, hakimlik və.s. VAR hakimləri idealdır. Maraqlı mübarizələrə şahidlik edirik, keçilməz rəqibin olmadığını görürük. Braziliya - Norveç oyunu sürətli, maraqlı alındı. “Sambaçılar”ın bəxti gətirmədi. Futbol proqnozları alt-üst etməklə gözəldir. Fikir verirsizsə, hər millinin bir lideri var. Keyn, Messi, Mbappe, Ronaldo. Onlardan biri də Haalanddır. Oyun ərzində görünmürdü. Braziliyada lider çatışmazlığı var. Liderləri - Neymar sonradan meydana daxil oldu və oyunu dəyişdi. Gələn mundialda və Kopa Amerikada daha iddialı Braziliya görəcəyik. Nəsil dəyişir. Bu görüşdə onların şansı daha çox idi. Sadəcə Norveç daha dəqiq və etibarlı oldu deyə qələbə qazandı”.


