"Kəpəz" braziliyalı hücumçusu Luis Paçu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisi 30 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Qeyd edək ki, Luis Paçu ötən mövsüm "Kəpəz" forması ilə meydana çıxdığı 29 rəsmi matçda 5 qolla yadda qalmışdı.


