Böyük Britaniya parlamentinin üzvü Ed Deyvi Canni Infantinonun FIFA prezidenti postundan istefa verməli olduğunu hesab edir.
Offsideplus.az xəbər verir ki, britaniyalı deputat bu məsələyə sərt reaksiya verib:
"İnfantino getməlidir. Keçirildiyi məkandan asılı olmayaraq, dünya çempionatı Donald Tramp kimi qanqsterlərə yox, azarkeşlərə məxsusdur. Bizə nəhayət FİFA-dakı korrupsiyanın kökünü kəsəcək biri lazımdır".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl DÇ-2026-nın 1/16 finalında Bosniya və Herseqovina ilə matçda (2:0) qırmızı vərəqə alan ABŞ yığmasının hücumçusu Folarin Baloqunun cəzasının ləğv edilməsi üçün FIFA rəhbərinə zəng etdiyini təsdiqləmişdi. Hücumçunun cəzası FIFA-nın qərarı ilə ləğv edilmiş, futbolçu 1/8 finalın Belçika ilə görüşündə (1:4) meydana çıxsa da, məhsuldar fəaliyyətlə yaddaqalan olmamışdı.


