ABŞ yığmasının hücumçusu Folarin Baloqun Belçikaya 1:4 hesabı ilə uduzduqları DÇ-2026-nın 1/8 final oyunundan sonra qırmızı vərəqəsinin ləğv edilməsi ətrafında yaranan səs-küyə münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, Baloqun qərara belə reaksiya verib:

"Cəzanın ləğvi təbii ki, çoxlu müzakirələrə səbəb oldu, amma mənim üçün böyük sürpriz olmadı. Bir futbolçu kimi vəzifəm meydana çıxıb işimə köklənməkdir. Qırmızı vərəqə alanda da, cəzam ləğv olunub oynamama icazə veriləndə də qərarları qəbul etdim. Bu prosesdə heç bir iştirakım olmayıb və mənə aidiyyəti yoxdur".

Qeyd edək ki, o, Bosniya və Herseqovina ilə matçda (2:0) birbaşa qırmızı vərəqə alsa da, sonradan cəzası ləğv edilmiş və Belçikaya qarşı oynamağına icazə verilmişdi.