“Sabah” komandası heyətini yeni qapıçı ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi olan Amin Ramazanov karyerası ərzində "Qarabağ" və “Zaqatala” komandalarının da uğurları üçün çalışıb.