2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" klubu növbəti futbolçu keçidini gerçəkləşdirib.

Offsideplus.az xəbər verir ki, Macarıstanın "Ferentsvaroş" klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis "Qarabağ"a transfer olunub.

Latviyalı müdafiəçi ilə 3 mövsümlük müqavilə imzalanıb. 26 yaşlı futbolçu 25 nömrəli formanı geyinəcək.

Almaniyada doğulan və Leverkuzenin "Bayer 04" klubunun yetirməsi olan futbolçu peşəkar karyerası ərzində "Bonner", "Borussiya" (Dortmund), "Viktoriya" (Berlin), Bolqarıstanda "Pirin" (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.

Qeyd edək ki, Cebrail Makreçkis yay dövründə komandanın 8-ci transferidir.

Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi "Qarabağ"a qoşulub.