​"Tottenhem" klubu "Milan"ın ulduz hücumçusu Rafael Leaonun transferi istiqamətində böyük bir addım atmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçunun London klubuna keçməyə müsbət yanaşdığı bildirilir.

​Artıq "Spurs" ("Tottenhem") oyunçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb. Lakin bu transferdə London təmsilçisi tək deyil; "Arsenal", "Mançester Yunayted" və "Barselona" klubları da vəziyyəti diqqətlə izləyir.

​"Milan"ın isə təqribən 60 milyon avro qarşılığında ulduz futbolçusunu satmağa hazır olduğu gələn xəbərlər arasındadır.