Almaniya yığmasının yeni baş məşqçisi Yurgen Klopp olacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, DÇ-2026-dan sonra vəzifəsindən azad edilən Yulian Nagelsmanı əvəz edəcək.

Qeyd edək ki, Klopp 2024-cü ildə "Liverpul"dan ayrılandan bəri baş məşqçiliklə məşğul olmurdu.