Kişi basketbolçulardan ibarət Azərbaycan millisi "EuroBasket 2029"un ilkin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda VI tur çərçivəsində İrlandiya seçməsini sınağa çəkib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada yığmamız 70:76 hesabı ilə məğlub olub.
Qeyd edək ki, milli komandamız A qrupunu 8 xalla başa vurub.


