Fransa millisi və Viktor Vembanyama avqustun 23-də Serbiya və Nikola Yokiçə qarşı növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. Bu, son üç gün ərzində komandaların ikinci qarşılaşması olacaq.

Offsideplus.az xəbər verir ki, həmin gün digər yoxlama matçında Gürcüstan millisi İsraillə üz-üzə gələcək. Fransa–Serbiya oyunu saat 19:00-da, Gürcüstan–İsrail qarşılaşması isə saat 18:15-də başlayacaq. Qeyd edək ki, oyunların başlama vaxtı Moskva saatı ilə göstərilib.