Çempionlar Liqasında ölkəmizi təmsil edən “Sabah” “Hapoel Beer-Şeva”nı qəbul edəcək.
2 gün sonra baş tutacaq oyun haqda Şahin Diniyev fikirlərini Offsideplus.az-la bölüşüb:
“Sabah”ı çətin oyun gözləyir. Bir sözü dəqiq demək olar ki, “Hapoel” “Orhus” deyil. Həm təcrübə, həm də oyun keyfiyyəti baxımından ilk oyunda fərq göstərə bildilər. “Sabah”ı çətin oyun gözləyir. “Orhus”la cavab oyunundakı nəticə olmayacaq. Bu qarşılaşmanı məşqçilərin dueli də adlandırmaq olar. “Sabah” yarımmüdafiə xəttində üstünlük yarada bilsə, nəyəsə nail olacaq. “Sabah”a uğurlar arzu edirəm”.
Qeyd edək ki, görüş avqustun 25-i 20:45-da start götürəcək.


