“Turan Tovuz”un iki müdafiəçisi Denis Marandiçi və Roderik Miller ilk iki turda iştirak ərizəsində adı görünmədi.
Bəs bu futbolçular nə vaxt sıralara dönəcək? Klubun mətbuat katibi Süleyman Tağıyev bu barədə Offsideplus.az-a məlumat verib. O bildirib ki, Millerin adı növbəti görüş üçün iştirak ərizəsinə salınacaq. Denis isə təxminən 2 aya artıq komanda ilə məşqlərə başlayacaq.
Qeyd edək ki, Marandiçi 2024-ün dekabrından etibarən sıradan çıxıb (“Sabah”la kubok oyununda ayağı qırılmışdı-red). Miller də mikro zədə keçirib.


