Filadelfiya "Siksers"in gənc müdafiəçisi Vi Cey Edjkomb LeBron Ceymslə ünsiyyət zamanı hələ də həyəcanlandığını bildirib.
Offsideplus.az xəbər verir ki, Edjkomb bu barədə belə danışıb: "Bu hiss hələ də məni tərk etməyib. Yəqin ki, hamımız bir paltardəyişmə otağında olanda bu keçəcək. Biz ünsiyyət qururuq, mən bəzən suallar verirəm, öyrənməyə çalışıram, bu mənim üçün ən vacibidir. LeBron və Braun özlərini heç vaxt ulduz kimi aparmırlar, baxmayaraq ki, onlar həqiqətən superulduzdurlar. Əslində, onlar sadə və təvazökar insanlardır. Onların yanında olmaqdan çox məmnunam".


