Keçmiş "Real Madrid" müdafiəçisi Roberto Karlos "Espanyol"un yarımmüdafiəçisi Aleks Kalatravanın Vinisius Juniora qarşı etdiyi hərəkətə verdiyi izahı istehza ilə qarşılayıb.

Offsideplus.az xəbər verir ki, La Liqanın 2-ci turunda baş tutan "Real Madrid" – "Espanyol" oyununda Aleks Kalatrava matçın ilk dəqiqələrində Vinisius Juniorun belinə ayaqla zərbə endirib. İspan futbolçu hadisə ilə bağlı belə deyib: "Topa oynamaq istəyirdim, amma gördüm ki, artıq orada deyil, dayandırmağa çalışdım. Hakim və VAR bunu başa düşdü. Oyun epizodu idi". Roberto Karlos isə bu açıqlamaya belə münasibət bildirib: "O qədər rəngarəng yalan danışır ki, hətta mən də inanıram".