"Fransa" millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın 1/8 finalında "Paraqvay"a qarşı keçirdikləri gərgin oyundan (1:0) sonra rəqibin sərt oyun üslubuna toxunub.

Offsideplus.az xəbər verir ki, Kilian Mbappenin penalti qolu ilə 1/4 finala yüksələn və bu mərhələdə "Mərakeş"lə qarşılaşacaq "Fransa"da baş məşqçi oyunun sonlarında kapitanı qorumaq məcburiyyətində qaldıqlarını bildirib:

"Matçın sonlarında ən hündürboylu iki futbolçumuza Kilianın ətrafında durmağı tapşırdım, çünki rəqib onu amansızcasına yıxmağa və zədələməyə çalışırdı. Asan olmadı, hər cür hiyləyə əl atırdılar. Bu, azarkeşləri stadiona cəlb edəcək futbol növü deyil. Amma Cənubi Amerika komandalarına qarşı oynamaq həmişə çətindir".