Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/8 finalında Paraqvaya qarşı keçirdikləri matçdakı (1:0) sərt oyun barədə danışıb.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu gərgin keçən oyun barədə bunları söyləyib:
"Biz hardan gəldiyimizi və bizi necə bir matçın gözlədiyini yaxşı bilirdik. Əgər aqressiv, sərt mübarizəyə girməliyiksə, bunu necə edəcəyimizi bilirik. Biz "çirkli futbol" oynamağı da bacarırıq.
Onlar elə bilirdilər ki, meydana smokinqdə çıxacağıq, amma gözləntilərini alt-üst etdik. Hətta bu cür mübarizədə belə onlardan üstün idik.
Bu, onların futboludur, futbolda doğru və ya yanlış oyun üslubu yoxdur. Bizi bu cür oynamağa məcbur etməyə çalışdılar, lakin sonda biz qalib gəldik".


