Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünya çempionatının 1/8 finalında Norveçlə matç öncəsi verdiyi açıqlamada turnirdə 5 qol vuran Erlinq Halandı dayandırmaq üçün xüsusi bir plana ehtiyac olmadığını bildirib.

Offsideplus.az xəbər verir ki, o, müdafiəçiləri Qabriel Maqalaynş və Markinyosun Premyer Liqa və Çempionlar Liqasında norveçli hücumçuya qarşı dəfələrlə oynadıqlarını və nə etməli olduqlarını yaxşı bildiklərini vurğulayıb.

Zədəli Lukas Paketanın yoxluğunda yarımmüdafiədə ciddi rolu olacaq Bruno Qimaraeş isə Halandın tək bir toxunuşla oyunu həll edə biləcək gücdə olduğunu qeyd edərək, əsas məqsədlərinin topun ona ötürülməsinin qarşısını almaq olduğunu əlavə edib.