Uimbldonda növbəti sensasiya qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, turnirin son çempionu İqa Şvyontek şənbə günü mərkəzi kortda baş tutan gərgin mübarizədən sonra filipinli Aleksandra Ealaya 6:7 (9:11), 2:6 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Keçən il qazandığı çempionluqla 25 yaşlı polyak tennisçinin ot örtüklü kortlardakı bacarığı ilə bağlı suallara son qoyulsa da, o, bu mövsüm Uimbldona qeyri-sabit oyunla gəlmişdi.

Əvvəlki mərhələlərdə Teylor Taunsend və Karolina Plişkovanı məğlub edən Şvyontek, günəşli havada keçən oyunda əla performans nümayiş etdirən Eala ilə qarşılaşmada çətinlik çəkib və məğlubiyyətdən qaça bilməyib.