Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro DÇ-2026-nın 1/8 finalında Fransaya qarşı keçirdikləri matçın (0:1) yekunları barədə danışıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çıxışından razı qalıb.

"Şirlər kimi vuruşduq. Fransa cavab tapmaqda çətinlik çəkirdi, qalib gəlmək üçün onlara fərdi ustalıq və VAR tərəfindən təyin edilən penalti lazım oldu.

Daha fərqli nəticə qazanmaq üçün çox ciddi çalışmışdıq. Lakin bura mübarizə aparmaq üçün gəldiyimizin fərqindəyəm. Və biz sona qədər döyüşdük.

Dünya Çempionatına yenidən vəsiqə qazanmaq üçün bizə 16 il lazım oldu. Kilian Mbappe isə turniri ilk cəhddəcə qazandı, ikinci dəfə finala yüksəldi, indi isə bombardirlik yarışı üçün mübarizə aparır".