"Real Madrid" "İnter"dən sağ cinah müdafiəçisi Denzel Dumfrisin transferini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu Madrid klubu ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalayıb.

Daha əvvəl yayılan məlumatlara görə, Milan təmsilçisi Niderland millisinin üzvünün transferi müqabilində 20 milyon avro qazanacaq.

Dumfris geridə qalan mövsümdə A Seriyasında meydana çıxdığı 20 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.