Azərbaycan I Liqasında çıxış edən MOİK yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "hərbiçilər" 2 transferi birdən tamamlayıb.
Onlar Qurban Səfərov və Firəddin Abdullayevi heyətinə cəlb ediblər.
Q. Səfərov son olaraq "Səbail"də çıxış edib. Firəddin isə "Cəbrayıl"ın uğurları üçün çalışıb.
Qeyd edək ki, MOİK başa çatan mövsümü I Liqada 6-cı yerdə başa vurub.


