İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın 1/8 finalında ev sahibi Meksikaya qarşı "Atsteka" stadionunda keçiriləcək oyun öncəsi mətbuat konfransında danışıb.

Offsideplus.az xəbər verir ki, cümə günü Mexiko şəhərinə gələn və ilk məşqini "Pumas UNAM"ın bazasında reallaşdıran komandada futbolçuların olduqca gümrah və gülümsər olduqları diqqətdən qaçmayıb. 2200 metr yüksəklikdəki şəraitə toxunan Tuxel bunu bəhanə etməyəcəklərini bildirib:

"Futbolçular məşqin ilk dəqiqələrində bunu hiss etdilər, lakin vaxt keçdikcə uyğunlaşmağa başladılar. Vəziyyət necədirsə, elədir".

Alman mütəxəssis yerli azarkeşlərin yaradacağı atmosferdən çəkinmədiklərini vurğulayıb:

"Düşməncəsinə qarşılanma gözləmirəm, sadəcə ev sahibi üçün emosional bir dəstək olacaq. Yüksəklik və azarkeş amili reallıqdır. Maneələri aşmalıyıq, lakin bizdə bu çətinliklərin öhdəsindən gəlmək üçün komanda ruhu, istək və birlik var".