Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev “EuroBasket 2029”un ilkin seçmə mərhələsində İrlandiyaya 70:76 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis komandasının sonadək mübarizə apardığını bildirib:
“Yaxşı mübarizə oldu. Əlbəttə, qalib gələ bilərdik. Amma ən böyük problem yorğunluq idi. Digər komandalarla müqayisədə bizim oyunlarımız daha çətin şərtlərdə keçir. 2 gün ərzində 4 dəfə təyyarə dəyişmək və uzun səfərlər öz təsirini göstərir. Özünüz də gördünüz ki, komanda sonadək mübarizə apardı. Əlbəttə, qalib gəlmək istəyirdik və belə nəticə olmasını istəməzdik”.
Baş məşqçi Azərbaycan millisinin gələcəyi barədə bu sözləri deyib:
“Milli komanda irəliləyir. Baxmayaraq ki, Azərbaycan yığması 8 il ərzində heç bir turnirdə iştirak etməmişdi. Biz də istəyirik ki, nəticələr daha yaxşı olsun. İnşallah, gələcək oyunlarda daha uğurlu çıxış edəcəyik”.


