"Azərbaycan Şahmat Turu" çərçivəsində keçirilən "Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalı başa çatıb.

Offsideplus.az xəbər verir ki, bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər qalibləri təbrik ediblər.

9 turdan ibarət yarışın əsas turnirində (A turniri) 7 xal toplayan Macarıstan təmsilçisi Sanan Sjugirov turnirin qalibi olub, hindistanlı Mayank Çakraborti ikinci, 6.5 xalla Azərbaycan şahmatçısı Şiroğlan Talıbov isə üçüncü yeri tutub.

A qrupunda ən yaxşı qadın iştirakçı mükafatını Cera Dagariya (Hindistan) qazanıb.

B turnirində İsmayıl Məmmədli birinci yeri tutduğu halda, Vüsal Əhmədov və Nihad Eynullayev sonrakı yerləri bölüşüblər.

Festival çərçivəsində təşkil olunan rapid yarışında Mayank Çakraborti (Hindistan), blitsdə isə Ramtin Kakavand (İran) birinci olublar.

Qeyd edək ki, Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi layihənin növbəti yarışı Şamaxıda keçiriləcək.