"Zirə" yeni futbolçu transfer edib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qartallar" bir müddətdir ki, baxışda olan Kris Diqbeunu heyətinə qatıb.

Fil Dişi Sahilindən olan yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.