İki mövsüm əvvəl “İmişli”ni Premyer Liqaya çıxaran Fərid Namazov yenidən Aran təmsilçisini çalışdıracaq.
Klubun hədəfi və U-21 yığma komandasındakı işinin taleyi ilə bağlı gənc mütəxəssis fikirlərini Offsideplus.az-la bölüşüb:
“Qarşıya qoyulan məqsəd ötən mövsümdən daha yaxşı nəticə göstərməkdir. Komandanın inkişafı üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz budur. Artıq U-21 komandasında fəaliyyətimi dayandırıram”.


