Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa Çempionatında mübarizə aparacaq ilkin heyəti bəlli olub.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Faiq Qarayev turnir üçün 16 voleybolçuya dəvət göndərib.

Heyətdə yer alan oyunçular bunlardır: Kristina Besman ("Omiçka", Rusiya), Raziyə Əliyeva ("DH Volley"), Natalya Solovyova ("Murov Az Terminal"), Polina Rəhimova ("GS Panionios", Yunanıstan), Yelizaveta Ruban ("Leninqradka", Rusiya), Marqarita Stepanenko (UNEC), Nərminə Musayeva ("Gəncə"), Ülkər Kərimova ("Turan"), İlhamə Əzimova ("Azərreyl"), Kseniya Pavlenko ("Milli Aviasiya Akademiyası"), Ayşən Abduləzimova ("Turan"), Aynur İmanova ("DH Volley"), Mariya Kirilyuk ("Yenisey", Rusiya), Yuliya Kərimova ("Turan"), Bəyaz Quluyeva ("DH Volley"), Ceyran İmanova ("DH Volley").

Qeyd edək ki, yığmamız qitə birinciliyinin C qrupuna ev sahibliyi edəcək. Bakıda, Milli Gimnastika Arenasında təşkil olunacaq qrup mərhələsinin oyunları avqustun 21-dən 28-dək keçiriləcək. Bu qrupda voleybolçularımız Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya ilə qarşılaşacaqlar.