"Çorum" FK Pyer-Emerik Obameyanq transferini tamamlamağa yaxındır.
Offsideplus.az xəbər verir ki, qabonlu futbolçu İstanbula gəlib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Obameyanq son mövsümü "Marsel"də keçirib. O, burada 41 oyuna 14 qol vurmağı bacarıb.
Təcrübəli hücumçu karyerası boyunca "Borussiya" (Dortmund), "Arsenal", "Barselona" və "Çelsi" kimi klubların formasını geyinib.


