Misli Premyer Liqasında ənənəvi olaraq keçirilən "Ayın qolu" layihəsi çərçivəsində “Sabah” klubunun gənc futbolçusu Xəyal Əliyev mükafatına qovuşub.
Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
May ayının ən gözəl qoluna imza atan futbolçuya mükafatını PFL-in inzibati binasında qurumun prezidenti Elxan Səmədov şəxsən təqdim edib.


