Bu gecə dünya çempionatının 1/8 final mərhələsinə yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, ilk olaraq Argentina və Misir yığmaları meydana çıxacaq.

Bu görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Daha sonra isə Kolumbiya yığması İsveçrəni sınağa çəkəcək. Bu qarşılaşma gecə saat 00:00-da başlayacaq.

Bu matçların qalibləri 1/4 final mərhələsində rəqib olacaqlar.

DÇ-2026, 1/8 final

20:00 Argentina - Misir

00:00 İsveçrə - Kolumbiya