“Sabah” basketbol klubunda ayrılıq baş verib.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi yerli basketbolçusu Ramiz Quliyevlə yollarını ayırıb.
Tərəflər qarşılıqlı razılıq əsasında mövcud müqaviləyə xitam veriblər.
Qeyd edək ki, Ramiz Quliyev 2024-cü ildən bəri “Sabah”ın uğurları üçün tər tökürdü.


