UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi üzrə "Sabah" - TNS matçından əvvəl Velko Simiç media önünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, serbiyalı hücumçu yoldaşlıq oyunlarını şərh edib, sabahkı matça hazır olduqlarını qeyd edib.

"Biz yaxşı təlim məşq toplanışı keçirdik. Əsas ideya öz oyunumuza köklənmək idi. İdeyalarımızı oyunumuzda, məşqimizdə bərkitmək istəyirdik. 2 heç-heçə və böyükhesablı məğlubiyyətin sabahkı oyunumuza təsir edəcəyini düşünmürəm".

Qeyd edək ki, görüş sabah saat 20:00-da Bank Respublika Arenada keçiriləcək.