"Yuventus" klubu Nik Voltemadenin icarəyə götürülməsi ilə bağlı "Nyukasl" ilə əlaqə saxlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb. Bildirilir ki, alman hücumçu Jonatan Davidin komandadan ayrılması halında hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biridir. "Yuventus" həmçinin Coşua Zirkzeyə də maraq göstərir.

Ötən mövsüm 24 yaşlı Voltemade İngiltərə Premyer Liqasında 33 oyunda 8 qol vurub.