Niderland millisinin təcrübəli yarımmüdafiəçisi Marten de Ron karyerasını "Roma"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı futbolçu son doqquz mövsümü "Atalanta"da keçirib və yeni komandasında 15 nömrəli forma ilə çıxış edəcək. Məlumata görə, de Ron özü baş məşqçi Can Pyer Qasperinin rəhbərliyi altında oynamaq üçün "Atalanta"dan ayrılmaq istəyib. Klublar arasında centlmen razılaşması əldə olunub və "Roma" futbolçu üçün təxminən 1 milyon avro bonus ödəyəcək. Bu məbləğ müəyyən şərtlər yerinə yetirildikdə ödəniləcək və zəmanətli deyil. Marten de Ron "Atalanta"nın heyətində 445 oyunda meydana çıxıb.