"Borussiya Dortmund" klubundan mənfi xəbər gəlib.

Offsideplus.az xəbər verir ki, yunanıstanlı istedadlı yarımmüdafiəçi Yannis Konstantelias karyerasında çətin anlar yaşayır. 23 yaşlı futbolçunun sağ dizində çarpaz bağların qopduğu aşkarlanıb.

Edilən tibbi müayinələrdən sonra gənc oyunçunun bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Bu ağır zədə səbəbindən o, uzun müddət komandasına kömək edə bilməyəcək.