"Neftçi" Misli Premyer Liqasının 3-cü turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bildirib:
"Bu gün biz məğlub olduq. Futbolda belə günlər olur. Bu məğlubiyyətə görə ruhdan düşmək lazım deyil. Oyunu təhlil edib, önümüzə baxmalıyıq. Hələ 3-cü turdur.
Hər oyun fərqlidir. Biz dayanmadan hücumlar edirdik. Həm də onu bildirmək istəyirəm ki, oyunçularım sona qədər mübarizə apardılar. Əsas səhvimiz ilk hissənin sonlarında qol buraxmaq oldu. Bu səhvi təhlil etməliyik.
"Zirə"nin vurulan qoldan başqa epizodu olmadı. Biz də, "Zirə" də əsasən uzun ötürmələrdən istifadə edirdik. Nə onlar, nə də biz bu uzun toplardan vəziyyətə yarada bildik. Amma onlar bir epizoddan dəqiq yararlanmağı bacardılar".


