Fransalı ulduz hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı təcrübəli futbolçu cari mövsümün gedişində azad agent statusu qazanıb.
Benzemanın gələcək planlarında Avropaya qayıtmaq variantı ümumiyyətlə mövcud deyil. Başqa bir Körfəz klubuna keçid etmək ehtimalı ilə yanaşı, zəngin karyerasını tamamilə başa vuraraq futbolla vidalaşması (təqaüdə çıxması) da ciddi şəkildə nəzərdən keçirilir.


