Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvarez ətrafında yaranan transfer böhranı hələ də səngimir.
Offsideplus.az xəbər verir ki, futbolçunun "Barselona"ya keçmək istəməsi və klub rəhbərliyinin buna sərt şəkildə qarşı çıxması tərəflər arasında münasibətləri maksimum həddə gərginləşdirib.
Komandanın baş məşqçisi Dieqo Simeonenin argentinalı hücumçunun hərəkətlərindən son dərəcə narazı olduğu və vəziyyətin dalana dirəndiyi bildirilir. Bir neçə məşqi buraxan və son "Sevilya" ilə matçda iştirak etməyən Alvaresin baş məşqçi ilə münasibətlərinin soyuduğu qeyd olunur.
Klub rəhbərliyi "Barselona" ilə heç bir danışıq aparılmayacağını qəti şəkildə bəyan etsə də, oyunçunun transfer pəncərəsinin son günlərində komandanı tərk edib-etməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.


