"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"ni məğlub etdikləri oyundan sonra qarşılaşma ilə bağlı fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, o, gərgin keçən matç barədə bunları söyləyib:

"Olduqca maraqlı oyunun şahidi olduq. İlk hissədə taktiki döyüş gedirdi. Heç kim bir-birinə güzəştə getmık istəmirdi. Fasilədən sonra daha sürətli oynamağa çalışdıq. Qəti şəkildə müdafiədə oturub hesabı qorumaq istəmirdik. Olduqca vacib 3 xal qazandıq. Oyunçularımın bugünkü mübarizəsi ilə fəxr etdim. Belə də davam etməliyik.

R.Sadıqov "Neftçi"nin baş məşqçisi Yuri Vernidubun "Hakimlər "Zirə"ni sevir" sözlərinə belə reaksiya verib:

"Bu iki komanda arasındakı ilk oyunda heç bir hakim səhvi xatırlamıram. Görüş necə başlamışdısa, elə də bitdi. Mənim Verniduba böyük rəğbətim var. Sevinirəm ki, onun kimi baş məşqçi Azərbaycanfa çalışır. Vernidub 5-6 aydır buradadır. O, bilmir ki, "Zirə" hakim səhvlərindən nə əziyyətlər çəkib. Ola bilər emosional olub və oyundan sonra belə açıqlamalar verib".

R. Sadıqov iki futbolçu ilə şifahi razılıq əldə etdiklərini də bildirib.