Misli Premyer Liqasının 3-cü turunda “Turan Tovuz” səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev oyunla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.

Baş məşqçi əvvəlki matçla müqayisədə daha yaxşı çıxış etdiklərini bildirib: “Ötən oyundan yaxşı oynadıq. Rəqib bir epizodla qol vurdu. Biz də çox epizod yaratmadıq”.

Komandanın üç oyunda cəmi bir qol vurmasına münasibət bildirən Berdıyev deyib: “Məni hücum narahat edir. Balau dünən ilk məşqini etdi. “Kəpəz”in oyunu çox xoşuma gəldi. Hər top üçün vuruşurdular”.

Azarkeşlərin istefa şüarlarının onu narahat edib-etmədiyi ilə bağlı suala isə qısa cavab verib: “Məni narahat etmir”.

Stadion haqqında danışan təcrübəli mütəxəssis Gəncədə belə arenanın olmasından məmnunluğunu ifadə edib: “Sevinirəm ki, Azərbaycanda belə stadion var”.